Böyük Britaniyanın Suffolk Universiteti ilə ADU arasında müqavilə imzalandı -

Böyük Britaniyanın Suffolk Universiteti ilə ADU arasında müqavilə imzalandı

Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Suffolk Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetində oldular. Qonaqları salamlayan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniya universitetləri ilə əlaqələrə toxundu və bu ilin əvvəlində ADU nümayəndə heyətinin Suffolk Universitetində olan görüşlərini xatırlatdı. Rektor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd etdi.
Qonaqlar Azərbaycanda və ADU- da olmaqdan məmnun olduqlarını bildirdilər. III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda olmaqdan məmnun olduqlarını vurğulayan qonaqlar ölkəmiz, o cümlədən Bakı haqqında böyük təssüratlarının olduğunu bildirdilər, Azərbaycanın bölgələri və tarixi yerləri, xalqımızın qonaqpərvərliyi haqda söz açdılar.
Görüşdə Forum çərçivəsində keçirilən dəyirmi masada müzakirə olunacaq mövzular haqqında fikir mübadiləsi aparıldı. Distant təhsillə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu, tərəflər beynəlxalq əməkdaşlığın inkişafı haqda fikirlərini bölüşdülər.
Sonda ADU və Suffolk Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !