Türkiyənin Ankara Universitetinin rektoru ADU-da -

Türkiyənin Ankara Universitetinin rektoru ADU-da

Oktyabrın 31-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 31 oktyabr-1 noyabr 2013-cü il tarixində Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin Ankara Universitetinin rektoru, professor Erkan İbişi və Ankara şəhəri üzrə Tömər direktoru, Koreya dili kafedrasının müdiri, professor Mahmut Ertan Gökməni Bottanı qəbul etdi.

Rektor, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumun açılışı haqqında danışaraq öz təəssuratlarını bölüşdü. O, Ankara Universitetinin dəstəyilə Tömər imtahanlarının ADU-da təşkil olunmasını və bu proqramın ADU və Ankara Univeristeti arasında əməkdaşlıq nəticəsində həyata keçirildiyini vurğuladı. Əlaqələrin yüksək səviyyədə olduğunu deyən rektor, professor Səməd Seyidov bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə etdi.
Türkiyənin Ankara Universitetinin rektoru, professor Erkan İbiş səmimi qəbula görə təşəkkür etdi. O, əməkdaşlığın vacib və əhəmiyyətli olduğunu bildirdi. E. İbiş vurğuladı ki, imzalanacaq əməkdaşlıq müqaviləsi yeni əlaqələrin yaranmasına və inkişafına təkan verəcəkdir. O, bu gün imzalanacaq müqavilənin həyata keçirilməsinin, müxtəlif proqramlar üzrə əməkdaşlığın mümkünlüyünü qeyd etdi.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkili, universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov və Türkiyənin Ankara Universitetinin rektoru, professor Erkan İbiş universitetlər arasında əməkdaşlıq müqaviləsini imzalayaraq yenilədilər.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !