Polşanın Sileziya Universiteti nümayəndəsinin ADU-da oldu -

Polşanın Sileziya Universiteti nümayəndəsinin ADU-da oldu

Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 31 oktyabr-1 noyabr tarixində Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Polşanın Sileziya Universitetinin professoru Coanna Laskovskanı qəbul etdi. Görüşdə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda da iştirak edirdi.
Rektor qonağı salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu dedi. Rektor Səməd Seyidov Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumundan söz açaraq bu forumun Azərbaycan üçün əhəmiyyətindən danışdı. Rektor Səməd Seyidov Forum çərçivəsində bir sıra universitetlərin nümayəndələri ilə fikir mübadiləsi aparıldığını, gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu vurğuladı. O,təmsil etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqda qonağa məlumat verdi. Səməd Seyidov Avropa Birliyinin Tempus proqramı çərçivəsində layihələrdə ADU-nun iştirakından söz açaraq ADU-nun ikinci dəfə TEMPUS çərçivəsində layihədə koordinatorluğu qazandığını vurğuladı. O, ADU-da Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində polyak dilinin tədrisindən söz açdı.
Polşanın Sileziya Universitetinin əməkdaşı, professor Coanna Laskovska səmimi qəbula görə təşəkkür etdi. Coanna Laskovska ADU və Polşa universitetləri ilə əlaqələrin genişlənəcəyinə əminliyini ifadə etdi.
Görüşdən sonra Coanna Laskovska ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri üçün “Polşada təhsil” mövzusunda təqdimatla çıxış etdi. Polşa təhsil sistemi, təhsil proqramları, təmsil etdiyi Sileziya Universitetinin beynəlxalq əlaqələri, tələbə mübadiləsi, müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığı, xarici tələbələr üçün təşkil olunan yay məktəbi haqda geniş məlumat verdi.
Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda, öz növbəsində Polşada əcnəbi tələbələr üçün yaradılan təhsil imkanlarından söz açdı.
Sonda qonaq tələbələri maraqlandıran suallara cavab verdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !