Sizi oktyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasiminə dəvət edirik -

Sizi oktyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasiminə dəvət edirik

Sizi oktyabrın 28-də saat 11:00-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasiminə dəvət edirik.
Universitetin foyesində qoyulan və müasir ornamentdə hazırlanmış büstün açılış mərasimində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Eldar İbrahimov, Hadi Rəcəbli, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Sabir Hacıyev, Asim Mollazadə, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Məlahət Həsənova, Xanlar Fətiyev, Nəsimi rayon İcra Hakimiyyətini başçısı Nəsib Məhəməliyev, eləcə də ictimai təşkilat nümayəndələri iştirak edəcəklər. Bununla yanaşı ADU-nun tələbəsi olmuş 20 yanvar şəhidi Ülvi Bünyadzadənin də açıq muzeyinin açılışı olacaq. Tədbirdə şəhidin atası Yusif Bünyadzadə də iştirak edəcək.
Sizi öz aramızda görməkdən məmnun olardıq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !