ADU tələbələri Kitab oxuyaq adlı fləşmob keçirdilər -

ADU tələbələri “Kitab oxuyaq” adlı fləşmob keçirdilər

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) həyətində tələbələrin iştirakı ilə ilk fləşmob keçirildi. ADU Tələbə Gənclər Təşkilatının Kitab klubunun və “Azərbaycan Universitetləri” Facebook səhifəsinin təşkilatçılığı ilə keçirilən fləşmobu ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov da izlədi. ADU tələbələrinin iştirakı ilə baş tutan fləşmobun məqsədi gənclərdə kitaba olan marağın artırılmasıdır. “Kitab oxuyaq” devizi altında universitetin 150 tələbəsinin iştirakı ilə keçirilən fləşmobda rəqslər nümayiş olundu, gənclər kitab oxuyaraq kənardakıların diqqətini cəlb etməyə cəhd etdilər. Bu aksiyanı izləmək üçün ADU-nun həyətinə xeyli sayda gənclər toplaşmışdı. Fləşmobda 3 cərgə düzülən, qırmızı, yaşıl və göy köynəklər geyən tələbələr meydanda “ADU” sözünü “yazdılar”.
Fləşmob tamamilə könüllü məşğuliyyətdir və fərqli məqsədlərlə təşkil olunur. Məsələn, əylənmək, cəmiyyətin diqqətini cəlb etmək, müəyyən stereotiplərdən xilas olmaq, özünü təsdiqləmək, stress atmaq, yeni dostlar qazanmaq və s. məqsədlə həyata keçirilir.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !