İRƏLİ nin Foto Klub layihəsi yekunlaşır -

“İRƏLİ”nin “Foto Klub” layihəsi yekunlaşır

“İRƏLİ” Təlim və Karyera Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən və 3 ay davam edən “Foto Klub” layihəsinin son təlimi baş tutub.
“İRƏLİ” Gənclik Mərləzində “Kreativ Fotoqrafiya” mövzusunda baş tutan sonuncu təlimin qonağı tanınmış fotoqraf Raj Steven olub.
Raj Steven tərəfindən aparılan təlim 3 saat davam edib və təlimin son 1 saatı aktiv müzakirələrlə davam edib.
Qeyd edək ki, layihə foto sənətinə marağı olan, fotoqrafiya ilə məşqul olmaq istəyən gənclər qrupunu əhatə edib və iştirakçılara fotoqrafiya ilə bağlı nəzəri və praktiki məqamlar professionallar tərəfindən öyrədilib.
Xatırladaq ki, layihənin məqsədi fotoqrafiyaya marağı olan gənc istedadları kəşf etmək, foto sahəsində ixtisaslaşmış ekspert, peşakar fotoqrafları və sənətşünastlarla gənc fotoqrafları bir araya gətirmək, gənc fotoqrafların yetişdirilməsi və Azərbaycanda fotoqrafiyanın inkişafına töhfə vermək olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !