İndoneziya Respublikasının Din Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Hüquq Bürosunun direktoru ADU-da -

İndoneziya Respublikasının Din Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Hüquq Bürosunun direktoru ADU-da

Oktyabrın 25-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İndoneziya Respublikasının Din Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Hüquq Bürosunun direktoru professor Ahmad Gunaryonu qəbul etdi. Rektor qonağı salamlayaraq onu Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu dilə gətirdi. Ölkələrarası əlaqələrdən danışan rektor Səməd Seyidov iki ölkə arasında olan oxşarlıqlardan söz açdı. Rektor professor Səməd Seyidov Azərbaycanda tarix boyunca müxtəlif dinlərin mövcud olduğunu və Azərbaycanı dinlərin birləşdiyi və tolerantlığı özündə ehtiva edən bir ölkə olduğunu bildirdi. O, İndoneziyada da müxtəlif dinlərin mövcud olduğunu sözlərinə əlavə etdi. Səməd Seyidov ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İndoneziyaşünaslıq ixtisasında tələbələrin təhsil aldığını dedi. Rektor ADU tələbələri haqqında İndoneziya mətbuatında mütəmadi yazıların dərc olunduğunu qonağın diqqətinə çatdırdı. Rektor Səməd Seyidov İndoneziyada Azərbaycan Mərkəzinin, ADU-da isə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini vurğuladı. O, bu mərkəz sayəsində ADU tələbələrinin İndoneziya dilini, mədəniyyətini, tarixini dərindən öyrəndiklərini bildirdi. Rektor Səməd Seyidov Azərbaycan və İndoneziya arasında əlaqələrin səviyyəsinin yüksək olmasının bir çox birgə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını dedi. Rektor, professor Səməd Seyidov İndoneziya səfirliyinin ADU-nun İndoneziya Araşdırmalar Mərkəzi ilə əlaqələrini xüsusi vurğuladı və məmnunluğunu dilə gətirdi. Rektor konfrans, dəyirmi masa və seminarların keçirilməsini, qarşılıqlı səfərlərin mümkünlüyünü vurğuladı, həmçinin elmi sahədə əməkdaşlıqdan söz açdı.
İndoneziya Respublikasının Din Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Hüquq Bürosunun direktoru, professor Ahmad Gunaryo səmimi qəbula görə təşəkkür etdi. O, iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirdi. Qonaq İndoneziyada Azərbaycan Mərkəzinin fəaliyyət göstərdiyini məmnunluqla vurğulayaraq, İndoneziya mərkəzinin ADU-da fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. Professor Ahmad Gunaryo İndoneziya və Azərbaycan arasında güclü oxşarlıqların olduğunu da dilə gətirdi. Professor Ahmad Gunaryo təhsil sahəsində əlaqələrin əhəmiyyətindən söz açdı, birgə layihələrin keçirilməsi və İndoneziya univeristetləri ilə əlaqələr haqqında fikirlərini bölüşdü.
Görüşdən sonra qonaq İndoneziya Araşdırmalar mərkəzində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşdü. Görüşdə İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə ünsiyyət quran qonaq məmnun qaldığını bildirdi. Fakültə dekanı Anar Nağıyev bağlanış nitqi ilə görüşə yekun vurdu..
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !