Milan Tərcüməçilik İnstitutunun professoru ADU tələbələrinə seminar keçdi -

Milan Tərcüməçilik İnstitutunun professoru ADU tələbələrinə seminar keçdi

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində “Mətbuatda yazılı tərcümənin problemləri” mövzusunda seminar keçirildi. Dünyada qeyd olunan italyan dili həftəsi ilə əlaqədar olaraq keçirilən seminarda Milan Tərcüməçilik İnstitutunun professoru Margerita Krepas Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələrinə onlayn seminar keçdi. 17 və 18 oktyabr tarixlərini əhatə edən seminarda professor internet vasitəsilə mətbuatda yazılı tərcümənin problemləri, onların yaratdıqları nəticələr və həlli yolları haqqında məruzə ilə çıxış etdi.
Məruzədən sonra professor Margerita Krepas tələbələri maraqlandıran sualları cavablandırdı.

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !