İnstaqramçılar İlham Əliyevi dəstəklədilər
Bu xəbəri paylaş
"10 il" kampaniyası çərçivəsində Aztagram və “İrəli” İctimai Birliyinin birgə əməkdaşlığı ilə start verilən “#10 il” İnstaqram müsabiqəsinə yekun vurulub.
Müsabiqəyə min nəfərdən artıq Instagram istifadəçisi qoşulub. Müsabiqəyə son 10 ildə Azərbaycanın inkişafını, İnstaqram istifadəçilərinin şəxsi nailiyyətləri və uğurlarınə əks etdirən 6000-dən çox foto təqdim edilib. Bu işlər arasında 400 ən yaxşısı isə sərgidə nümayiş olunub və "10 il" jurnalında çap edilib.
Tədbirə qatılan yüzlərlə instaqramçı və tanınmış simalar "10 il" kampaniyasına qoşularaq Azərbaycanın davamlı inkişafının təminatçısı kimi İlham Əliyevi gördüklərini və qarşıdan gələn seçkidə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
"#10il" İnstaqram müsabiqəsinin bağlanış mərasimindən hazırlanmış videonu Sizə təqdim etdirik: VİDEO>>>