Oksford Universitetinin professoru Norman Deyvis ADU-da -

Oksford Universitetinin professoru Norman Deyvis ADU-da

Sentyabrın 27-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Oksford Universitetinin Antoni kollecinin professoru Norman Deyvis və Polşa Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Andjey Kneyfel ilə görüşdü. Rektor Səməd Seyidov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dedi. Azərbaycan təhsil sistemi haqqında danışan rektor Səməd Seyidov ölkədə aparılan təhsil islahatlarından söz açdı. Rektor professor Səməd Seyidov Azərbaycanın Bolonya prosesinə qoşulmasından danışdı. O, ADU-da təhsil alan tələbələrin sayının 6000-dən çox olduğunu dedi. Rəhbəri olduğu ali təhsil müəssisəsində müxtəlif dillərin tədrisi ilə yanaşı, regionşünaslıq, beynəlxalq münasibətlər, jurnalistika və filologiya istiqaməti üzrə proqramların tədris olunduğunu vurğuladı. ADU-da həmçinin müxtəlif xalqların dil və mədəniyyətlərinin öyrənildiyini bildirdi. Rektor Səməd Seyidov ADU-nun müxtəlif universitetlərlə olan əməkdaşlığından, beynəlxalq əlaqələrdən söz açdı.
Qonaq öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirdi və universitetdə olmaqdan məmnunluğunu ifadə etdi. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi haqqında fikir mübadiləsi aparıldı.
Görüşdən sonra Oksford Universitetinin Antoni kollecinin professoru Norman Deyvis ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə “Avropa tarixi:Ümumavropa və milli perspektivlər” mövzusunda mühazirə oxudu. Sonda tələbələrin verdiyi sualları cavablandıran professor Norman Deyvis görüşdən razı qaldığını bildirdi.

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !