Ali təhsil müəssisələri arasında ilk dəfə: ADU-da tələbə saytı yaradıldı -

Ali təhsil müəssisələri arasında ilk dəfə: ADU-da tələbə saytı yaradıldı

Azərbaycan Dillər Universitetində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADU-da yaradılmış tələbə saytının təqdimat mərasimi keçirildi. www.adu.az ünvanlı tələbə saytının yaradılması təşəbbüsü Azərbaycanda ilk dəfə Dillər Universitetində həyata keçdi. ADU-nun Tərcümə fakültəsinin tələbəsi Lalə Quliyevanın təşəbbüsü ilə istedadlı tələbələr tərəfindən hazırlanmış sayt artıq tələbələrin istifadəsinə verilib. Tələbələrin bu saytda şəxsi hesabları var, bu hesab vasitəsilə onlar dərs cədvəllərini, qiymətlərini və s. məlumatlari onlayn görürlər.
Saytın yaradıcıları bildirirlər ki, www.adu.az saytı tam mükəmməl tərtib olunmuş universitetdaxili sosial şəbəkədir. Yeni hazırlanan bu sayt universitetin tələbələri üçün xeyli faydalı və maraqlı məlumatlarla zəngindir. Saytda tələbələr universitet haqqında, fakültələr, dekanlıqlar, universitetdəki yeniliklər haqqında istənilən məlumatı asanlıqla əldə edə bilərlər. Saytda tələbələr, o cümlədən elanlar yerləşdirə və yaxud da sadəcə olaraq tələbə yoldaşları ilə ünsiyyət saxlaya bilərlər. Bununla yanaşı ADU-nun www.adu.edu.az internet saytı da yenidən işlənib və istifadəyə verilib. Fərqli dizaynda qurulan saytın dinamikliyi onun istifadəçilər tərəfindən daha asan yolla lazım olan materialları tapmağa imkan verir.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !