ADU-da ÇXR-nın yaranması günü qeyd edildi -

ADU-da ÇXR-nın yaranması günü qeyd edildi

Sentyabrın 24-də Azərbaycan Dillər Universitetində Çin Xalq Respublikasınnın yaranması günü münasibətilə tədbir keçirildi. Tədbir “Çjuncyu” – “Ay və məhsul” milli Çin bayramına həsr olunmuş ədəbi-bədii və xarioqrafik kompozisiya ilə başladı. Bu bayram Çində xüsusilə qeyd olunan dövlət bayramlarından biridir.
ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri bayramın tarixi və ayinləri haqqında məruzələrlə çıxış etdilər, Çin, ingilis, fransız, rus dillərində qədim Çin şairlərinin bayrama həsr olunmuş şeirlərini ifa etdilər. Tədbirdə sentyabr ayında Konfustinin ad gününə həsr olunmuş “Konfustsinin ən sevdiyimi aforizmi” mövzusunda ədəbi-fəlsəfi esse yarışmasının qaliblərinə “Ən yaxşı yazıya görə” diplomların verilmə mərasimi də baş tutdu. Tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri Rafiq Abbasov Azərbaycan-Çin arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrinin perspektivlərindən və uğurlu əməkdaşlığın verdiyi nəticələrindən danışdı. O, Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı ənənəvi dostluq əlaqələrinə verdiyi töhvələri xüsusi qeyd etdi.
Tədbirdə çıxış edən ÇXR-nın səfirliyinin əməkdaşı xanım Lİ Yonghui və hərbi attaşe, baş polkovnik Liu Hong Çinin müasir dövrdəki inkişafından, iki ölkə arasındakı iqtisadi əməkdaşlıqdan bəhs etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !