Lənkəranda Yaşıl çay jurnalının bir illiyi qeyd edilmişdir -

Lənkəranda “Yaşıl çay” jurnalının bir illiyi qeyd edilmişdir

Sentyabrın 11-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Yaşıl çay” Çayçılıq Assosiasiyasının nəşri kimi fəaliyyətə başlamış eyniadlı jurnalın ilk nömrəsinin çapdan çıxmasının birinci ildönümü təntənə ilə qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan xatirə parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər “Yaşıl çay” jurnalının kollektivini fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə təbrik etmiş, ölkəmizdə Azərbaycan çayının əvvəlki şöhrətinin qaytarılması istiqamətində jurnalın apardığı səmərəli işi yüksək qiymətləndirmişlər.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “İki sahil”, “Yeni Azərbaycan”, “Səs” qəzetlərinin baş redaktorları Vüqar Rəhimzadə, Hikmət Babaoğlu , Bəhruz Quliyev, çayçı-alim Fərman Quliyev və başqaları jurnalın yaradıcı kollektivinə uğurlar arzulamışlar.
Mərasimdə jurnalın əməkdaşlarına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr verilmişdir.
Bir il ərzində jurnalda maraqlı yazılarla çıxış edən müəlliflər müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !