Azərbaycan Dillər Universiteti Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı -

Azərbaycan Dillər Universiteti Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı

Avqustun 28-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru Maqomed Abdullayevin başçılıq etdiyi nümayəndı heyəti ilə görüşdü. Rektor Səməd Seyidov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verdi. Səməd Seyidov ADU- nun Azərbaycanda təhsil sahəsində islahatlar aparan və öndə gedən ali təhsil ocağı olduğunu və gün-gündən inkişaf etdiyini dedi. O, bu inkişafın bütün təhsil sisteminin içərisində gedən islahatların tərkib hissəsi olduğunu bildirdi. Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrindən söz açan rektor Səməd Seyidov həmçinin ADU-nun Rusiya ali təhsil müəssisələri ilə əlaqələrinin uğurla qurulduğunu nəzərə çatdırdı. Rektor Səməd Seyidov bildirdi ki, universitet olaraq bu əlaqələrin faydalı əməkdaşlıq zəminində inkişafı təqdirəlayiqdir.
Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru Maqomed Abdullayev təmsil etdiyi ali təhsil müəssisəsi haqda məlumat verdi. Rektor Maqomed Abdullayev Dağıstan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələrindən də bəhs etdi. O, bildirdi ki, rəhbəri olduğu ali təhsil ocağının ADU ilə əlaqələrinin qurulmasında və qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlıdırlar.
Universitetlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılan görüşdə gələcəkdə müəllim-tələbə mübadiləsinin mümkünlüyü, qarşılıqlı konfrans və seminarların təşkili, birgə layihələrin həyata keçirilməsi istiqamətində əlaqələrin qurulması razılaşdırıldı.
Sonra Azərbaycan Dillər Universiteti və Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı, Müqaviləyə hər iki ali təhsil ocağının rektorları imza atdılar.
İmzalanma mərasimindən sonra ADU-nun rektoru, professor Səməd Seyidov qonaqları ADU-nun müxtəlif mərkəzləri, o cümlədən İnformasiya Resurs Kompleksi ilə yaxından tanış etdi.

 

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !