Lənkəranda 1993-cü il 23 avqust hadisələrinin ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir -

Lənkəranda 1993-cü il 23 avqust hadisələrinin ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir

1993-cü il avqustun 23-də Azərbaycan dövləti böyük təhlükə ilə üzləşmişdir. Dövlətimizin müstəqilliyini istəməyən imperiyapərəst qüvvələr və onların yerli əlaltıları onu parçalamağa, vətəndaş müharibəsi törətməyə cəhd etmişlər.
Separatçı qüvvələr Gəncə hadisələrini törətməklə, Talış-Muğan Respublikası yaratmaq kimi gülünc, sərsəri ideyalar ortaya atmaqla Azərbaycanı parçalamaq, məhv etmək məqsədini güdmüşlər.
Belə ağır və son dərəcə təhlükəli vaxtda ümummilli lider Heydər Əliyev Azərbaycanı bölünmək təhlükəsindən xilas etmişdir.
AzərTAc xəbər verir ki, 23 avqust hadisələrinin iyirminci ildönümü ilə əlaqədar Lənkəran şəhərində anma mərasimi keçirilmişdir.
Rayonun rəhbər işçiləri avqust hadisələrində şəhid olmuş Milli qəhrəmanlar Etibar Əliyev, Paşa Təhməzov, Soltanağa Bayramov və Rövşən Abdullayevin büstləri önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə bildirilmişdir ki, 1993-cü ilin avqustunda Azərbaycanın müstəqilliyinin qorunmasında lənkəranlıların böyük rolu olmuşdur. Vətən torpağının hər qarışını ürəkdən sevən, bu amal uğrunda canını qurban verənlərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !