Park Bulvar AVM-nin PR meneceri “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub
Bu xəbəri paylaş
“İRƏLİ” İqtisad Mərkəzinin həyata keçirdiyi “İdeya Mən`lər" layihəsi çərçivəsində seminarlar davam edir.
"İRƏLİ" Gənclik Mərkəzində baş tutan seminarın növbəti qonağı Park Bulvar AVM-nin PR meneceri Günay Malikqızı olub.
Seminarda iştirakçılara müxtəlif obyektlərin, xüsusilə ticarət mərkəzlərinin PR işinin aparılması barədə məlumat verilib. Bundan əlavə PR menecer iştirakçılara hədəf kütləsinin seçilməsinin, müştəri məmnuniyyətinin, ticarət mərkəzlərinin yerləşmə məkanının və brendlərin önəmi, eləcə də fors major hallarında PR menecerin davranış qaydaları haqda danışıb.
Görüşün sonunda qonaq layihə iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.
Xatırladaq ki, “İdeya Mən`lər" layihəsinin əsas məqsədi gənc menecerlərin hazırlanmasıdır.