Bu ilin altı ayında Lənkəranda ümumi məhsul buraxılışı 26,4 faiz artmışdır -

Bu ilin altı ayında Lənkəranda ümumi məhsul buraxılışı 26,4 faiz artmışdır

İyulun 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cari ilin birinci yarım ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
AzərTAc xəbər verir ki, bu ilin altı ayında rayonda ümumi məhsul buraxılışı 26,4 faiz artmışdır.
Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 13,9 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 66,2 faiz təşkil etmişdir. Ötən müddətdə rayonda 1273 yeni iş yeri açılmışdır. Bunun 1053-ü daimidir.
Cari ilin birinci yarım ilində aqrar sahədə 32,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu, əvvəlki dövrə nisbətən 3,8 faiz çox olmuşdur. Ötən müddət ərzində rayonda 23 min 908 ton tərəvəz, 484 ton taxıl, 2 min 854 ton kartof, 1052 ton meyvə, 81 ton yaşıl çay yarpağı istehsal edilmişdir.
Hesabat dövründə rayonda ət istehsalı 3,2, süd istehsalı 3,4 faiz, yumurta istehsalı 1,1 faiz artmışdır.
Bu müddətdə rayonun 8 yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin edilmişdir. Hazırda rayonda bu sahədə işlər davam etdirilir və yaxın aylarda daha 20 yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lənkəran şəhərində su və kanalizasiya sistemi yenidən qurulur.
Toplantıda çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı söhbət açmış, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !