Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olmuşdur -

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olmuşdur

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında hazırlanmış yeni tamaşanın premyerası olmuşdur.
AzərTAc xəbər verir ki, Əməkdar Artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir.
ABŞ vətəndaşı Ulyam Keytin turist qismində kəndə gəlişi sanki buradakı sakitliyi pozur. Hamı əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını axtarmaqdır.
Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur.
Baş rolu - Ulyam Keyt obrazını gənc aktyor Emin Fərzullayev ifa edir.
Digər rollarda Əməkdar Artist Sücəddin Mirzəyev, teatrın aparıcı aktyorları Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova və başqaları çıxış edirlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !