ADU-da Məzun günü -

ADU-da Məzun günü

İyulun 3-də Azərbaycan Dillər Universitetində (ADU) 2012-20123-cü tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin “Məzun günü” münasibətilə tədbir keçirildi. Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
ADU-nun rektoru, professor Səməd Seyidov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu etdi. O, Azərbaycan Dillər Universitetinin Azərbaycan üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd etdi. Rektor bu gün universitetin bakalavr pilləsini bitirən tələbələrin bir çoxunun yenidən ADU-da magistratura pilləsində təhsil alacaqlarını bildirdi. O, universitetin məzunlarının Azərbaycanın müxtəlif müəssisələrində, təşkilatlarında, hətta Azərbaycandan kənarda fəaliyyətə başlaya biləcəklərini dedi. Rektor, professor Səməd Seyidov Azərbaycan bayrağını yüksəldən gənclərin böyük əksəriyyətinin məhz Azərbaycan Dillər Universitetində yetişdiyini, vətəndaş kimi formalaşdığını vurğuladı. Bu gün Azərbaycan təhsil sistemi içərisində ADU-nun məzunlarının xüsusi yeri olduğunu deyən rektor Səməd Seyidov məzunları güclü olduğu zaman universitetin adının da hər zaman yüksəklərdə olacağını vurğuladı. O, məzunlara ADU-nun adını daim uca tutmalarını və universitetlə əlaqələrini kəsməmələrini tövsiyyə etdi.
ADU-nun Pedaqoji fakültəsinin məzunu, həmin fakültənin dekan müavini Fatimə Qurbanzadə ADU-nun rektoru Səməd Seyidova və professor-müəllim heyətinə öz minnətdarlığını bildirdi. O, məhz Azərbaycan Dillər Universitetinin məzunu olduğunu üçün fəxr etdiyini dedi. Çıxışının sonunda məzunları təbrik edən Fatimə Qurbanzadə onlara Azərbaycan üçün layiqli, savadlı vətəndaşlar olmalarını arzu etdi.

Valideynlər adından çıxış edən Filologiya və jurnalistika fakültəsinin magistratura pilləsinin məzunu Nigar Rəsulovanın anası Gültəkin Rəsulova öz növbəsində məzunları təbrik etdi. O, qızının ADU-nun həm bakalavr, həm də magistartura pilləsini əla qiymətlərlə başa vurduğunu dedi və onun məhz ADU-nun məzunu olması ilə fəxr etdiyini dedi.
Gültəkin Rəsulova qızının mütəxəssis və şəxsiyyət kimi formalaşmasında rolu olan ADU-nun rektoru, professor Səməd Seyidova və univeristetin professor-müəllim heyətinə öz təşəkkürünü bildirdi.
Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edildi.
Tədbir konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, 2012-2013-cü tədris ilində ADU-nu fakültələr üzrə əyani şöbədə 916, axşam şöbəsində 50, həmçinin universitetin magistratura pilləsini 126 tələbə bitirir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !