QHT nümayəndələri ADU-da imtahanların gedişini izlədilər -

QHT nümayəndələri ADU-da imtahanların gedişini izlədilər

ADU-da yay imtahan sessiyası davam edir

İyunun 14-də Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasının gedişi izlənildi. İzləmə prosesində ADU-nun Tədris şöbəsinin müdiri və Operativ Qərargahın sədri Şəfəq Şahməmmədova, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU-tələbə həmkarlar Təşkilatının əməkdaşı Hafiz Rəhimov həmçinin, Korrupsiyaya qarşı Mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov və Antikorrupsiya şəbəkəsinin üzvü Əhməd Abbasbəyli və ADU Mətbuat xidmətinin nümayəndəsi də izləmə prosesində iştirak edirdi.
Tədris şöbəsinin müdiri və Operativ Qərargahın sədri Şəfəq Şahməmmədovanın sədrliyi ilə operativ qərargah üzvlərinin, Korrupsiyaya qarşı Mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov və Antikorrupsiya şəbəkəsinin üzvü Əhməd Abbasbəyli fakültə dekanlarının iştirakı ilə təklif və şikayətləri qəbul etmək üçün müvafiq qutular açıldı.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına iyunun 3-dən etibarən start verilib. ADU-nun rektoru, professor Səməd Seyidov 2012/2013-cü tədris ilinin yay imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə 22 may 2013-cü il tarixində 50 saylı əmr imzalayıb. Əmrdə deyilir ki, yay imtahan sessiyası 03 İyun 2013-cü il tarixindən başlasın. Qiyabi şöbədə sessiya müddəti 03 İyun 2013-cü ildən 03 İyul 2013-cü ilədək müəyyən edilib. Yay imtahan sessiyası 4 fakültənin ( Pedaqoji, Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və BM) əyani gündüz şöbələrində aparılır.
Yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri rektorun müşaviri Vazeh Əsgərov, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU Tələbə həmkarlar təşkilatının əməkdaşı Hafiz Rəhimov, ADU Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımovdur. Bununla yanaşı, ADU-nun 440-35-05, 440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün tədris binalarına müvafiq qutular qoyulub.
Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri tapşırılıb. Əmrdə bir qayda olaraq qeyd olunub ki, hər bir imtahan başa çatdıqdan sonra imtahan yazıları nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilsin, kodlaşmadan sonra fənn tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanısın və nəticələr protokollaşdırılıb yazı işləri ilə birgə dekanlıqlara təhvil verilsin. Eyni zamanda, kafedralar imtahan yazılarının imtahanın keçirildiyi gün yoxlanılmasını təmin etsinlər. Əmrdə qeyd olunur ki, müstəsna hallarda II növbə təşkil edilmiş imtahanların yoxlanılması və nəticələrin elan edilməsi növbəti iş günündən gec olmayaraq təxirə salına bilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !