“Tələbələrarası I ingilis dili Olimpiadası” keçiriləcək.
Bu xəbəri paylaş
Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı (ADU TGT), AR Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə “Tələbələrarası I ingilis dili Olimpiadası” keçirəcək.
İki mərhələdən (yarımfinal və final) ibarət olacaq olimpiadada ixtisasından asılı olmayaraq, ali və ya orta ixtisas təhsil müəssisələrində təhsil alan hər bir tələbə iştirak edə bilər.
“Tələbələrarası I ingilis dili Olimpiadası”nda iştirak etmək istəyənlər (http://atgti.az/offer/20130428044524133.html) keçidindən istifadə edərək qeydiyyata düşə bilərlər. Xatırladırıq ki, Olimpiadaya qeydiyyat mayın 12-də bitəcək.
Qeyd edirik ki, “Tələbələrarası I ingilis dili Olimpiadası”nın qalibləri netbuk, planşet kompyuter və s qiymətli hədiyyələr qazanacaqlar. Olimpiadanın finalında iştirak hüququ qazanmış bütün tələbə - gənclər isə diplomlarla təltif olunacaqlar.