Ağcabədi rayonunda gənc ifaçıların II Respublika müsabiqəsi keçirilmişdir -

Ağcabədi rayonunda gənc ifaçıların II Respublika müsabiqəsi keçirilmişdir

18 aprel 2013-cü il tarixdə saat 12:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyli adına “Qarabağ” Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsi keçirilmişdir.
Müsabiqədə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Beyləqan, Füzuli, Laçın, Xocavənd rayonlarının ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri iştirak etmişdir.
Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq qonaqları salamlamış və bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sisteminin qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış dahi bir şəxsiyyət kimi öz xalqının qəlbində əbədi iz qoymuşdur.
Əbülfət Tapdıqov yekunda müsabiqədə iştirak edən hər bir iştirakçıya uğur və nailiyyət arzulamışdır.
Müsabiqənin münsiflər heyəti Azərbaycan Respublikası Milli Konservatoriyasının baş müəllimi, əməkdar müəllim Qəzənfər Abbasov, Milli Konservatoriyasının baş müəllimi Əflaruz Məmmədov və Bakı şəhəri “ Bülbül” adına orta ixtisas Musiqi Məktəbinin baş müəllimi Namiq Rzazadə gənc ifaçıların çıxışlarını qiymətləndirdilər.
Müsabiqədə seçilən qaliblər respublika turunda iştirak edəcəkdir.
Müsabiqədə 150 nəfər iştirak etmişdir .
. Fotomüxbir. Mais Həmidoğlu Az.PRESSaz Ağcabədi rayonu.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !