Abşeron rəsm qalereyası- " 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir " adlı sərgi -

Abşeron rəsm qalereyası- " 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir " adlı sərgi

17 yanvar tarixində 20 Yanvar faciəsinin XXIII ildönümü ilə əlaqədar Abşeron qalereyasında Bakı şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirləri arasında 20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir adlı rəsm müsabiqəsi keçirildi.

Müsabiqədə Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydin Yusifov, Abşeron rəsm qalereyasının müdiri Eldəniz İbrahim, Rəssamlıq ittifaqının nümayəndəsi Ziyadxan Əliyev iştirak etmişdir.
Müsabiqədə 55 rəsm işi nümayiş olundu. Müsabiqədə qaliblər və bir necə fərqlənən rəsm işlərinə Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən müvafiq fəxri fərmanlar və xatirə hədiyyələri verildi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !