bədii-yaradıcılıq festivalı... -

bədii-yaradıcılıq festivalı...

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 24 noyabr 2012-ci il tarixdə saat 11:00 –da Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhərində yerləşən Uşaq Evləri və İnternat Məktəblərinin uşaqları arasında bədii-yaradıcılıq festivalı keçirildi. Festivalda iştirak edən kollektivlər musiqi, rəqs, teatr və poeziya nominasiyaları üzrə iştirak edəcəklər. Festıvalın yekun qiymətləndirilməsi Baş İdarənin müvafiq nümayəndələri və bu sahələr üzrə mütəxəssislərdən ibarət Münsiflər Heyətinə həvalə olunmuşdur.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarıxli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası, uşaqların öz yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq və istedadlı uşaqları üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, uşaqların asudə vaxtlarını təmin etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdan ibarətdir.
   

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !