"HOPES, TALENTS, MASTERS'"adlı XVII gənclər arası Beynəlxalq müsabiqə 12 yaşlı həmyerlimiz Mehdi Eyyubov 3-yerə layiq görülmüşdür -

"HOPES, TALENTS, MASTERS'"adlı XVII gənclər arası Beynəlxalq müsabiqə 12 yaşlı həmyerlimiz Mehdi Eyyubov 3-yerə layiq görülmüşdür

Cari ilin sentyabrın 4-14 arasında Bolqarıstanın Dobriç şəhərində "HOPES, TALENTS, MASTERS'"adlı XVII gənclər arası Beynəlxalq müsabiqə keçirilib. Bu müsabiqədə dünyanın 21 ölkələrindən, o cümllədən Almaniya,Belçika,Bolqarıstan, Yunanıstan, Yaponiya, ABŞ, Çin,Azərbaycan, Türkiyə, Rusiya, Tayvan və s. dövlətlərdən 250-dən çox musiqiçilər iştirak edirdilər. Bolqarıstanın mədənyət naziriliyi, bəstəkarlar ittifaqı, Dobriç şəhərinin meriyası, Rusiyanın musiqi xadimləri ittifaqı və s. təşkilatçıların təşkil etdiyi bu beynəlxalq müsabiqədə Azərbaycandan Respubilka İncəsənət Gimnaziyasının 12 yaşlı şagirdi, klarnet ifaçısı (klassik musiqi), beynəlxalq müsabiqələr laureatı Mehdi Eyyubov dəvət almış və qatılmışdır.Onun çıxışı çox uğurlu olmuş və nəticədə Mehdi həmin Beynəlxalq müsabiqənin laureatı adına layiq görülmüşdür ( III yer ). Qeyd edək ki bu Beynəlxalq müsabiqədə dünyanın tanınmış musiqiçiləri,aparıcı musiqi təhsil ocaqlarının( ABŞ, Almaniya, Rusiya, Bolqarıstan) professorlari münsiflər heyyətində iştirak etmişlər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !