SEVİMLİ və istedatlı ressam NAQİYƏ xanım Rzayeva öz yetişdirmələrinin sərgisini kecirddi -

SEVİMLİ və istedatlı ressam NAQİYƏ xanım Rzayeva öz yetişdirmələrinin sərgisini kecirddi

2009-cu ilin 17 iyun tarixində İçəri şəhərdəki "Abşeron" Rəsm Qalereyası "Günəş"
Rəsm Studiyasının sərgisinin açır. Təqdimat mərasimi həmin gün 16:00-da başlanacaqdır. Studiyanın sərgisi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə təşkil olunmuşdur. Qrup sərgisinin hər dörd iştirakçısının 14 yaşı təzəcə tamam olmuş, yeniyetmə rəssamlar gəncliyin ilk ilinə qədəm qoymuşlar. Bu münasibətlə BGBİ onları qrup sərgisi ilə təbrik etməyi qərara almışdır. Sərgidə müxtəlif texnikalarda işlənmiş qrafik əsərlər, yağlı boya ilə işlənmiş tablolar-cəmi 48 kompozisiya sənətsevərlərin mühakiməsinə verilir.
"Günəş" rəsm studiyası Nəsimi rayonundakı 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində fəaliyyət göstərir. Balaca və yeniyetmə rəssamların bu studiyanın divarları arasında yaratdığı əsərlərin sorağı nüfuzlu beynəlxalq müsabiqələrdən gəlir. Studiyaya bacarıqlı pedaqoq və qrafika ustası Naqiyə Rzayeva başçılıq edir.
"2009-cu il - Uşaq ili" çərçivəsində "Abşeron" Rəsm Qalereyası artıq bir neçə studiyanın sərgisinin keçirmişdir. İlin sonunadək balaca rəssamların yaradıcılığına həsr olunmuş tədbirləri davam etdirmək, hətta kitab da nəşr etdirmək planlaşdırılır. Uşaq və yeniyetmələrinin təsviri sənətdə yaradıcılığı bizim üçün əhəmiyyətlidir. Əlbəttə bu uşaqların heç də hamısı rəssam olmayacaq. Lakin ən istedadlı təsviri sənət ustaları məhz xüsusi hazırlıqlı bu uşaqların arasında çıxacaq. Biz indi də gələcək də kimlərlə işləyəcəyimizi bilməliyik.
Qrup sərgisinin iştirakçıları bunlardır - Sevda Qasımova, Fidan Babayeva, Aslan Rzayev və Mustafa Məmmədov. Yetkinlik artıq onların yaradıcı dəsti-xəttində də özünü göstərir. Fırçaları yenicə "bərkiyən" bu gənclər təsviri sənətin bütün janrlardan - mənzərə və natürmotlarda, portretlərdə bacarıqlarını sınayırlar. Özü də onlardan heç biri digərinə bənzəmir.
Fidan Babayeva və Aslan Rzayev qalereyamızda keçirilən uşaq sərgilərində 6-7 ildir ki, iştirak edirlər. Həm onların, həm də digər iştirakçıların kompozisiyalarında uşaqlara xas olan yaradıcı təxəyyüldən uzaqlaşma hiss olunur. Xüsusilə natürmort və mənzərələr müəliflərin realist təsvirə get-gedə artan marağında xəbər verir. Sevda Qasımova mənzərə janrında, Fidan Babayeva isə natürmort janrında uğurlu kompozisiyalar yaratmağa nail olmuşlar. Fidan artıq yağlı boya ilə kiçik, amma baxımlı tablolar. Aslan Rzayevin yaradıcılığındakı uğurlu cəhət isə onun obraz yaratmaq məharətindədir. Onun "Köhnə çaydanla natürmort" və "Küpələr" kompozisiyalarında adi əşyaların qeyri-adi təsviri ilə üzləşirik.
Aslanın "Cümhuriyyətin əsgəri" əsərində dinamizim, ekspressiya duyulur. Kompozisiya bütövlükdə hücum effektini yaradır. Mustafa Məmmədovun ağ-qara kompozisiyaları onun rəsmə, rəngli natürmortları isə boyakarlığa olan həvəsindən xəbər verir. Zənnimcə hər iki istiqamətdə gənc rəssamın inkişafı normal gedir. Hər dörd müəllif artıq həyat yolunu seçmiş və sənət astanasında qərar tutmuşlar

RÜSTƏM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !