Azərbaycan şahmatçısı dünya çempionatının medalını qazanmaq iddiasındadır -

Azərbaycan şahmatçısı dünya çempionatının medalını qazanmaq iddiasındadır

Azərbaycan şahmatçısı Xəyalə Abdulla Afinada gənclər arasında dünya birinciliyinin medalını qazanmaq iddiasındadır. On ikinci turda həmyerlimiz Belarus şahmatçısı Nastasya Zyazyulkina ilə heç-heçə oynayaraq səkkiz xal toplamışdır. Ön sıraya çıxmış polşalı şahmatçı Medina Varda ondan yarım xal irəlidədir. Digər idmançımız Səbinə İbrahimova ukraynalı İrina Petrovaya qalib gələrək 7,5 xal toplamışdır.
Oğlanlar arasında yarışda Ülvi Bacarani İtaliyadan olan Marko Kodenotti ilə heç-heçə oynamışdır. Ülvinin hesabında yeddi xal vardır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !