Asif Nərimanlı: Minaların piyada əleyhinə olması göstərir ki, hədəf Laçına qayıdacaq azərbaycanlılardır

Asif Nərimanlı: Minaların piyada əleyhinə olması göstərir ki, hədəf Laçına qayıdacaq azərbaycanlılardır

Asif Nərimanlı: Minaların piyada əleyhinə olması göstərir ki, hədəf Laçına qayıdacaq azərbaycanlılardır

 

Erməni terrorçularının Laçında minalar basdırdığı faktı şəhəri tərk etmələri üçün verilən vaxtın Kəlbəcərdə və digər ərazilərdə olduğu kimi əleyhimizə işlədiyini təsdiq edir: minaların piyada əleyhinə olması da göstərir ki, hədəf Laçına qayıdacaq mülki azərbaycanlılardır;

 

Buna paralel olaraq, evlər və meşələrin yandırılması ermənilərin bölgəni sakit tərk etmək niyyətində olmadığını təsdiqləyir. Heç kim zəmanət verə bilməz ki, kompensasiya almaq üçün yandırılmayan evlərə “sürpriz mina”lar qoyulmayacaq.

 

Bunların qarşısını müəyyən qədər almaq üçün nələrsə edilməlidir:

 

- Minaların basdırıldığı faktını əsas götürərək, çıxarılma prosesini Azərbaycan ordusunun müşaiyət etməsi tələbi irəli sürülə bilər;

 

- Elektrik enerjisinin dayandırılması tarixi irəli çəkilə bilər: məlumatlara görə, Laçın şəhəri və Zabuxda qalan ermənilərə avqustun 20-dən sonra elektrik enerjisinin dayandırılacağı deyilib, bunu daha tez etmək ermənilərin çıxmasını sürətləndirər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]