"Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirilib +FOTO=3

"Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirilib +FOTO=3

"Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirilib 

 

Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbi dənizçilərinin iştirakı ilə keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.
Müsabiqənin növbəti gününün proqramına uyğun olaraq iştirakçı komandalar "Hava hədəfinə artilleriya atışı" çalışmasını yerinə yetiriblər.
Çalışmanın şərtinə əsasən döyüş hazırlığı poliqonuna çıxan gəmilərin heyətləri göyərtə kompleksində quraşdırılmış artilleriya qurğularından istifadə etməklə təyin olunmuş hündürlükdə yerləşən hava hədəfinə atəş açıblar.
Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.
Müsabiqədə iştirak edən komandaların hər biri çalışmanın öhdəsindən bacarıqla gəlib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]