Azərbaycan İslamiada-2022-də 56 ölkə arasında 4-cü yeri tutub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Azərbaycan İslamiada-2022-də 56 ölkə arasında 4-cü yeri tutub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Azərbaycan İslamiada-2022-də 56 ölkə arasında 4-cü yeri tutub -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Avqustun 5-də Konyada (Türkiyə) velosipedçilərin çıxışı ilə startı verilən və bundan 4 gün sonra isə təntənəli aşılış mərasimi olan V İslam Həmrəyliyi Oyunlarına bu gün yekun vurulub. 14 gün keçirilən bu məhtəşəm idman bayramında Azərbaycan da daxil olmaqla 56 ölkə mübarizə aparıb. Azərbaycan komandası İslamiada-2022-ni 99 (29-36-34) medalla 4-cü pillədə başa vurub. Birinci yeri daha çox medal qazanan ev sahibi Türkiyə (132-102-86) tutub. Özbəkistanın (49-39-56) ikinci olduğu İslamiada-2022-də ilk üçlüyü İran (39-44-49) tamamlayıb.

Xatyırlayaq ki, 2017-ci ildə Bakəda keçirilən ilk oyunlarda Azərbaycan ev sahibi olaraq 162 (75-50-37) medal qazanmaqla birinci yeri tutmuşdu.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]