Masallı gəncləri qədim xalq sənəti növləri ilə tanış olublar Akif Ağayev (AZ-press.AZ) +FOTO=2

Masallı gəncləri qədim xalq sənəti növləri ilə tanış olublar Akif Ağayev (AZ-press.AZ) +FOTO=2

Masallı gəncləri qədim xalq sənəti növləri ilə tanış olublar Akif Ağayev (AZ-press.AZ) +FOTO=2

 

Dulusçuluq və həsirçilik Masallı rayonunda qədim tarixdən təşəkkül tapıb və bu günəcən davam etdirilir.

 

Bu məqsədlə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə rayon gənclərinin Ərkivan qəsəbəsində və Şatıroba kəndində bu sənət növləri ilə məşğul olan insanların evlərinə səfər təşkil olunub.

 

Qədim sənət ənənəsini yaşadan ərkivanlı usta Cəsarət Nuriyev saxsı qabların hazırlanma qaydaları barədə gənclərə məlumat verib. O, bildirib ki, təmiz saxsı qabların uzun ömürlülüyü onun hazırlanmasından asılıdır: “Məmulat üçün əsas xammal hesab olunan torpaq ilkin mərhələdə əzilir, yumşaq hala salınır, daşlardan təmizlənir və yoğrularaq “kündə”yə çevrilir. Yaxşı gildən yoğrulmuş qablar sahəsi 15-18 kvadratmetr olan, kərpicdən hörülmüş kürələrdə bişirilir...”

 

Sonra gənclər gildən hazırlanmış qablarla, milli kaloriti əks etdirən sənət nümunələri ilə yaxından tanış olub, həmçinin dulusçuluq emalatxanasında özlərini bu peşədə sınayıblar.

 

***

 

Daha sonra Masallının Şatıroba kəndinə səfər edən gənclər həsirçilik sənəti ilə tanış olublar.

 

Həsirçi Fəridə Həşimova lığ və pizədən həsir, zənbil, papaq, tərəzi və digər əşyaların hazırlanması qaydaları barədə gənclərə məlumat verib, onlara həsirin toxunmasını əyani olaraq göstərib.

 

Həsirçilik peşəsi haqqında danışan Fəridə xanım gənclərə unudulmaqda olan bu peşəyə yiyələnməyi tövsiyə edib.

 

Lığ və pizədən hazırlanmış əşyalarla yaxından tanış olan gənclər bu sahədə bacarıqlarını sınayıblar.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]