Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: TƏLƏBƏLƏR ÜÇÜN YENİ TƏDRİS İLİNDƏ İXTİSASLAR VƏ İXTİSASLAŞMALAR

Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: TƏLƏBƏLƏR ÜÇÜN YENİ TƏDRİS İLİNDƏ İXTİSASLAR VƏ İXTİSASLAŞMALAR

Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: TƏLƏBƏLƏR ÜÇÜN YENİ TƏDRİS İLİNDƏ İXTİSASLAR VƏ İXTİSASLAŞMALAR

 


Cavadxan Qasımov
Naxçıvan Dövlət universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

 

Naxçıvan Dövlət Universitetinin yeni 2022-2023-cü tədris ilində də tələbələr üçün tanıyacağı imkanlar əhatəlidir, şaxəlidir. Bu, eyni zamanda, gənclərin və gələcəyin işıqlı təminatı və onların etibarı ali təhsili üçün zəruridir. Təbii ki, təhsil o zaman səmərəli olur ki, o, günümüzün reallıqları, dövrün çağırışları, mövcud inkişaf səviyyəsi ilə səsləşə bilsin və kadr hazırlığı sahəsindəki proseslər həmin amillər üçün faydalı olsun. Məhz bu baxımdan da, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr həmin dəyərlər əsasında ixtisaslaşma yolu keçməklə, gerçək mütəxəssis olaraq hazırlanmaqdadır.

 

Təşəkkül tapan potensial üzərində Naxçıvan Dövlət Universitetinin qarşıdakı dövrlər üzrə hədəfləri və prioritetləri böyük, onların reallaşması sahəsindəki tədbirlər isə qətiyyətlidir. Yeni inkişaf mərhələsində bir-birini aktuallaşdıran çağırışlar təhsil sahəsində də özünü göstərməkdədir. İqtisadi-sosial, həmçinin mədəni-hüquqi və digər sahələr üzrə özünü göstərən yeniliklər öz növbəsində müvafiq sahələr üzrə ixtisaslı kadrların hazırlanmasına da zəmin yaratmışdır.

 

Məhz bu çağırışlar kontekstində Naxçıvan Dövlət Universitetinin tədris proseslərinə müvafiq tənzimləmələr həyata keçirilmiş və ixtisaslaşma istiqamətində yeni ixtisasların nəzərdə tutulması mümkün olmuşdur. Belə ki, 2022-2023-ci tədris ilində qəbul planına əlavə olunmuş yeni ixtisaslar universitetin uzunmüddətli hədəflərinə hesablanmış, eyni zamanda, burada, əmək bazarının dəyişən tələbləri də nəzərə alınmışdır.

 

Artıq Naxçıvan Dövlət Universitetində bütün fakültələr tələbələrin etibarlı ali təhsil və ixtisaslaşması sahəsində təşkilatlanmaqdadır. Yeni 2022-2023-cü tədris ilində universitetin maddi-texniki bazası daha təkmil əsaslarla qurulmuş, alternativlik xüsusiyyətlərinə cavab verən keyfiyyətlər diqqətdə saxlanılmış, eyni zamanda, innovativ və texnoloji inkişafdan yararlanmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir.
Ali məktəbin fakültələrində qarşıdakı tədris ilində aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılacaqdır.

 

Tarix-filologiya fakültəsi üzrə:
- Tarix müəllimliyi;
- Azərbaycan dili və ədəbiyyat müəllimliyi;
- Jurnalistika;
- Kitabxanaçılıq və informasiya fəaliyyəti;
- Muzey, arxiv işi və abidələrin qorunması;
- Tarix;
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı).

 

Pedoqoji fakültə üzrə:
- Texnologiya müəllimliyi;
- Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
- Məşqçilik (Əyani və qiyabi).

 

Xarici dillər fakültəsi üzrə:
- Xarici dil müəllimliyi (ingilis dili üzrə);
- Xarici dil müəllimliyi (Rus dili üzrə);
- Xarici dili müıllimliyi (Fransız dili üzrə);
- Xarici dil müəllimliyi (Alman dili üzrə);
- Tərcümə (İngilis-Azərbaycan);
- Tərcümə (Ərəb-Azərbaycan);
- Tərcümə (Fars-Azərbaycan).

 

Qeyd etmək olar ki, ali təhsil məkanında ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində Xarixi dillər fakültəsində həm də IELTS Mərkəzi fəaliyyət göstərməkdədir.

Tibb fakültəsi üzrə:
- Tibb;
- Stomatologiya;
- İctimai Səhiyyə;
- Əczaçılıq;
- Psixologiya;
- Hərbi Tibb.

 

Tibb fakültəsində tələbələr eyni zamanda, bakalavr, baza ali təhsil, rezidentura və doktorantura təhsil pillələri üzrə tam ixtisaslaşmış olacaqlar.

 

İqtisadiyyat və idarəetmə fakültəsi üzrə:
- İqtisadiyyat (ikili diplom layihəsi üzrə);
- İqtisadiyyat (əyani və qiyabi şöbələr üzrə);
- Mühasibat;
- Menecment;
- Marketinq;
- Dünya iqtisadiyyatı;
- Turizm işinin təşkili;
- İqtisadiyyat-tədrisi ingilis dilində;
- Beynəlxalq ticarət və logistika;
- Dövlət və bələdiyyə idarəetməsi.

 

İqtisadiyyat və idarəetmə fakültəsində tələbələrin perspektivləri də nəzərə alınmışdır. Belə ki, bu fakültədə, xüsusilə də, ikili diplom layihəsində, inglis dilində tədris, tələbə mobilliyi, beynəlxalq şirkətlərdə kariyera, beynəlxalq layihələrdə iştirak, peşıkar müəllim heyəti tərəfindən tədris məsələləri tələbələrin əsas üstünlükləri olacaqdır. Bunlarla yanaşı, fakültədə, Erasmus, Mövlana və digər proqramlarla tələbə mobilliyi, Enactus, Start-Up layihələrində iştirak etmək imkanı da mövcud olmaqdadır.

 

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi üzrə:
- Biologiya;
- Biologiya müəllimliyi;
- Baytarlıq təbabəti;
- Kimya;
- Kimya müəllimliyi;
- Yer quruluşu və daşınmaz əmlakın kadastrı;
- Coğrafiya;
- Coğrafiya müəllimliyi;
- Torpaqşünaslıq və aqrokimya.


Beynəlxalq münasibətlər və hüquq fakültəsi üzrə:
- Beynəlxalq münasibətlər;
- Dövlət və ictimai münasibətlər;
- Hüquqşünaslıq;
- Sosial iş;
- Fəlsəfə;
- Beynəlxalq münasibətlər (tədrisi ingilis dilində) – yeni ixtisas;
- Regionşünaslıq (Avropa ölkələri üzrə) – yeni ixtisas.

 

Memarlıq və mühəndis fakültəsi üzrə:
- İnformasiya texnologiyaları;
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
- Kompüter mühəndisliyi;
- Ekologiya mühəndisliyi (əyani, qiyabi);
- Energetika mühəndisliyi (əyani, qiyabi);
- Elektrik və elektronika mühəndisliyi;

- Nəqliyyat mühəndisliyi (əyani, qiyabi);
- Meliorasiya mühəndisliyi (əyani, qiyabi);
- Memarlıq.

 

Magistratura təhsil səviyyəsi üzrə yeni ixtisaslar:
- Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı;
- Azərbaycanın yeni və ən yeni tarixi;
- Mətbuat tarixi;
- Biotexnologiya;
- Onurğasızlar zoologiyası;
- İqtisadi və sosial coğrafiya;
- Qeyri-üzvi kimya;
- Şəhərsalma;
- Elektrik şəbəkə və sistemləri;
- Rəngkarlıq (sahələr üzrə);
- Sinxron tərcümə (İngilis dili);
- Həndəsə;
- Cəbr və topologiya;
- Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası;
- Ümumi psixologiya;
- Biznesin təşkili və idarə edilməsi (Bank işi üzrə)-MBA proqramı üzrə.

 

Yeni tədris ilində Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanmış abituriyentlər bir çox üstünlüklərdən yararlanmış olacaqlar. Bunlar, xüsusilə də:
- ikili diplom layihələrində iştirak etmək;
- yeni inşa olunan Texnologiyalar Parkının imkanlarından istifadə edə bilmək;
- beynəlxalq əməkdaşlıqların yaratmış olduğu layihələrdə təmsil olunmaq;
- yaradıcı ideyaların müəllifi olmaq və onu reallaşdırmaq imkanları;
- tələbə və təcrübə mobilliyi;

- yeni inkişaf dinamikası ilə səsləşən ixtisaslarda təhsil almaq;
- təhsil aldığı ixtisaslar üzrə müvafiq strukturlarda hamilik və təcrübə keçmək imkanları və s. kimi bir çox amillərdən ibarət olacaqdır.

 

Beləliklə, Naxçıvan Dövlət Universiteti yeni tədris ilində də öz tələbələri üçün peşəkar kariyera qurmaq, ixtisaslı kadr hazırlığıvə mütəxəssis olaraq formalaşmaq imkanları tanıyacaqdır. Həmin keyfiyyətlərin hər biri üçün ali məktəbin etibarlı təhsil və tədris potensialı mövcuddur. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetində yeni tədris ilində STEAM Mərkəzinin də fəaliyyətə başlaması ilə tələbələrimiz daha keyfiyyətli ali təhsil ala biləcəklər. Xeyirli olsun.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]