Bir şəhid, bir şahid – Masallı Xalq Teatrı səhnəsində Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

“Bir şəhid, bir şahid” – Masallı Xalq Teatrı səhnəsində Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

“Bir şəhid, bir şahid” – Masallı Xalq Teatrı səhnəsində Akif Ağayev (AZ-press.AZ) +FOTO=8

 

Masallıda “Bir şəhid, bir şahid” adlı tamaşa nümayiş olunub.

 

Səhnə əsəri rayonun Viləş kəndindən olan Aprel döyüşlərinin qəhrəmanı Nurlan və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli qardaşlarının xatirəsinə həsr edilib.

 

Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, müharibə iştirakçıları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Yazıçı-publisist Nurəddin Ədiloğlunun ssenarisi əsasında hazırlanmış tamaşada Masallı və Cəlilabad Xalq Teatrlarının aktyorları ilə yanaşı Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri də iştirak edib.

 

Quruluşçu rejissoru Camələddin Əliyev olan səhnə əsərinin müsiqi və səhnə tərtibatı uyğun olaraq Ruslan Zahidov və Elsevər Əliyevə məxsusdur.

 

Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunan tamaşadan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəhrəmanlar anası Ziba xanım Əsgərova və digər şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

 

Akif AĞAYEV,

MASALLI.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]