Faiq İsmayılov: Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir

Faiq İsmayılov: Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir

Faiq İsmayılov: Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir 

 

 

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşaili” xüsusi qrant müsabiqəsnin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində“Yuxarı Gövhərağa məscidi: dünən və bu gün” adlı sənədli filmin çəkilişi üçün hazırlıq işlərinə başlandı. Görüşün sonunda Layihə əməkdaşları xatirə şəkili çəkdirdilər.

 

 

Filmin çəkilməsində məqsəd son 30 ildə Azərbaycanın mədəni irsinə, o cümlədən inanc və ibadət yerlərində törədilən erməni vandalizmini dünya ictimaiyyətinə nümayiş etdirməkdir.
Ermənilər tərəfindən Şuşa şəhərindəki Yuxarı Gövhərağa Məscidini planlı şəkildə təhqir edilməsi, məscidə qarşı əxlaqsız hərəkətləri təsdiq edən onlarla arxiv sənədlərindən və vidiogörüntülərdən istifadə ediləcək. Ermənistan Hökuməti öz siyasi məqsədləri üçün 2018-ci ildə məsciddə apardıqları qeyri qanuni “bərpa” işlərinin yaratdığı fəsadlar da mümayiş olunacaqdır.

 

Məsciddə baş verən keçən dövrdəki vandalizm aktlarının bu gün aradan qaldırılması, işıqlı sabaha aparan yol kimi filmin əsas sujet xəttini təşkil edəcəkdir.

 

Filmin ssenarisini müzakirə etmək üçün H.Cavid parkına toplaşan layihə əməkdaşları, film barədə öz fikir və mülahizələrini bölüşdülər və onların hər biri görəcəkləri işlər barədə tapşırıqlar aldılar. Filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı Faiq İsmayılov, rejissioru kinomatoqraf Amil Amal , əməkdaşlar Səbinə Novruzzadə, Xəyalə Quliyeva və Amil İsmayılzadədir.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]