Fariz Xəlilli: Türbə ətrafında çal-çağır mərasimi təşkil edilməsini təqdir etmirəm!

Fariz Xəlilli: Türbə ətrafında çal-çağır mərasimi təşkil edilməsini təqdir etmirəm!

Fariz Xəlilli: Türbə ətrafında çal-çağır mərasimi təşkil edilməsini təqdir etmirəm!

 

Belə Belə işlər komandasının Şirvanşahlar sarayı kompleksinin bir parçası və milli mənəvi dəyərlərimizin mühüm abidəsi olan Seyid Yəhya Şirvaninin türbəsi ətrafında çal-çağır mərasimi təşkil etməsi heç yaraşmadı, nə həmin komandaya, nə də İçərişəhər Qoruğu İdarəsinə. Bloger İradə Qədirova bu haqda məlumat verəndə və paylaşım edəndə foto və videoları görəndə təəssüf hissi keçirdim. Biganəlik, laqeydlik bir yana, savadsızlıq və dəyərlərə hörmətsizlik qəbuledilməzdir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın Konyada Mövlanə Cəlaləddin Ruminin türbəsini, xanəgahını ziyarəti fonunda bir küncə sıxılmış, ziyarət üçün zaman-zaman problem yaradılan, dəfələrlə Murad qapısının ziyarətçilər üçün açılmasına çağırış eləsək də əhəmiyyət verilməyən bir abidədə, xanəgahda, övliya qəbristanlığında, Şirvanşah I Xəlilullahın və ailəsinin türbəsi, Şah məscidinin qarşısında belə bir çal-çağır mərasimi təşkil edilməsinə İçərişəhər Qoruğu İdarəsi adına təəssüfləndiricidir. Seyid Əzim Şirvani yadigarı olan Şahin müəllimin bir daha belə çal-çağır mərasimlərini övliya xanəgahı və qəbristanlığına salmayacağını ümid edirəm. İçərişəhər bir də Seyid Yəhya Şirvani irsinə görə Ümumdünya irsidir, unudulmamalıdır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]