Türkiyənin LetgenBiotechnology şirkətinin rəhbəri BDU-da seminar keçirib +FOTO=2

Türkiyənin “LetgenBiotechnology” şirkətinin rəhbəri BDU-da seminar keçirib +FOTO=2

Türkiyənin “LetgenBiotechnology” şirkətinin rəhbəri BDU-da seminar keçirib 

 

Türkiyə Respublikasının “LetgenBiotechnology” şirkətinin rəhbəri FahrettinÖzcan Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün biotexnologiya sahəsində ən son yeniliklərə, biotexnologiyanın tibb, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində tətbiqinə dair seminar keçirib.

 

Seminarda həmçinin fundamental elmin sənayedə tətbiqi, innovasiyaların kommersiyalaşdırılması istiqamətindəki mərhələlər geniş müzakirə edilib.

 

Təlim zamanı PCR texnologiyasının tibb, qida təhlükəsizliyi və kənd təsərrüfatında istifadəsi haqqında ətraflı məlumat verilib. Eyni zamanda DNA və protein əsaslı diaqnostik dəstlərin müqayisəli təhlili aparılıb.
Görüşdə biotexnologiya sahəsində startap şirkətlərin texnoparkimkanlarından istifadəsinin faydaları da müzakirə edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]