Gülağa Tənha: Baş açmadıq kələyindən dünyanın

Gülağa Tənha: Baş açmadıq kələyindən dünyanın

Gülağa Tənha:

 DÜNYANIN
(Baş açmadıq kələyindən dünyanın)


Anlamadıq, torpağına can atdıq,
Beşiyindən, bələyindən dünyanın.
Yoxuşunda dizimizi qanatdıq,
Baş açmadıq kələyindən dünyanın.


Söyüdlərin saçlarını hörmədik,
Üzümüzü çəməninə sərmədik,
Bir sədaqət, bir etibar görmədik,
Hurisindən, mələyindən dünyanın.


Can isitmir ocaq daha, köz daha,
Dərd bitirib sən açdığın iz daha,
Ay Gülağa, səbrli ol, döz, daha
ələnmərik ələyindən dünyanın.


Moskva, 20 may, 1988

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]