Yüksək Texnologiyalar Parkının mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər +FOTO=5

Yüksək Texnologiyalar Parkının mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər +FOTO=5

Yüksək Texnologiyalar Parkının mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər 

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrin tələbələrinin iştirakı ilə Gənclərin innovasiya düşərgəsi keçirilir.

 

İnnovasiya düşərgəsi çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə Yüksək Texnologiyalar Parkının (YTP) və onun rezidenti olan “Troniq” MMC-nin mütəxəssisləri də gəncləri maarifləndiriblər.

 

YTP-nin baş direktorunun müşaviri Müşviq Rəsulzadə texnoparkın imkanları barədə ətraflı məlumat verib. M.Rəsulzadə YTP-nin yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə aparılan tədqiqatların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün geniş infrastruktura malik olduğunu bildirib. Qeyd edib ki, YTP innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı üçün böyük üstünlüklər təklif edir. Onun sözlərinə görə, texnoparkın əsas məqsədlərindən biri elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır.

 

Daha sonra YTP-nin rezidenti olan “Troniq” MMC-nin baş direktoru Anar Nəbiyev rəhbərlik etdiyi müəssisədə istehsal olunan texnoloji yeniliklər haqqında danışıb. A.Nəbiyev “Troniq” MMC-nin müxtəlif avadanlıqların və robototexnikaların istehsalı, onların süni intellekt vasitəsilə idarə edilməsi üçün müvafiq proqram təminatlarının yazılması, eyni zamanda, həmin avadanlıqlarda və digər sahələrdə istifadə olunacaq ana plataların istehsalını həyata keçirildiyini diqqətə çatdırıb.

 

Təlimlərdə, həmçinin “Troniq” MMC-nin əməkdaşı, süni intellekt üzrə mütəxəssis Ömər Kərimov da iştirak edərək tələbələrəsüni intellekt, robototenikasahəsində əldə olunan innovativ yeniliklər, onların birləşməsindən əmələ gələn məhsulların imkanları barədə məlumat verib, eləcə də dəzgahların və robotun yığılması qaydalarını izah edib.

 

Təlimlər zamanı tələbələrin YTP-də yaradılmış innovativ şəraitlə yaxından tanış olmaları üçün növbəti aylarda texnoparka ekskursiya təşkil olunması qərara alınıb. Qeyd olunub ki, təlimlərdə elmi və innovativ potensialı ilə seçilən gənclərin gələcəkdə YTP-də işlə təmin olunması da nəzərdə tutulur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]