BDU-nun Hirş indeksi 52-yə çatıb

BDU-nun Hirş indeksi 52-yə çatıb

BDU-nun Hirş indeksi 52-yə çatıb 

 

Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasının əsas məsələlərindən biri də elmi-tədqiqatların prioritetlərini dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirməkdir. BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin funksiyalaşdırılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir.

 

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən,BDU-nun Hirş indeksi artaraq 52 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.06-ya qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-cı ilin sonunda BDU-nun Hirşindeksi 35-ə bərabər olub.

 

 

 

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantvə tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3598 elmi əsər nəşr edilib. Bu əsərlərə 22000-nə yaxınistinad edilib. 2022-ci ilin ilk 8 ayı ərzində“Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 146 əsər nəşr edilib və nəşr edilən əsərlərə 2800-ə yaxınistinad edilib.

 

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]