Mariya Stadnik İslamiada-2022-nin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Mariya Stadnik İslamiada-2022-nin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Mariya Stadnik İslamiada-2022-nin qalibi olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hacı Əliyevsə finalda güləşəcək

 

Konyada (Türkiyə) Azərbaycan idmançılarının da iştirak etdiyi 5-ci İslam Həmrəyliyi Oyunları (İslamiada-2022) davam edir. Oyunların 5-ci günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, daha bir neçə idmançımız uğurla çıxış edərək, yığmamızın aktivinə medallar yazdırıblar. Bu gün uğur qazananlar içərisində qadın güləşi üzrə yığmamızın lideri Mariya Stadnik (50 kq) də var. Qeyd edək ki, Mariya keçirdiyi 4 görüşün hamısını qələbə ilə başa vuraraq İslamiada-2022-nin qalibi olub. Maraqlıdır ki, keçirdiyi görüşlərdə rəqibinə bir xal belə verməyən (40:0) Mariya öz karyerasında ikinci dəfə İslamiadanın qalibi olur. O, ilk dəfə Bakıda keçirilən 1-ci İslamiada-2017-də çempion olmuşdur.

 

Daha bir qadın güləşçimiz - Alena Kolesnik (59 kq) isə çıxışını ikinci yerdə bitirməklə gümüş medala layiq görülüb.

 

Bu gün kişilər arasında keçirilən sərbəst güləş yarışında isə təmsilçimiz - Əliabbas Rzazadə (57 kq) İslamiada-2022-nin üçüncüsü olub.

 

Daha 3 sərbəst güləşçimiz - Hacı Əliyev (65 kq), Abubakr Abakarov (87 kq) və Turan Bayramov (74 kq) finala yüksələrək, çempionluq uğrunda güləşmək imkanı qazanıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]