Mariya Stadnik: "Tribunada otranlar arasında mənim ən sadiq və vəfalı azarkeşlərim olan uşaqlarım da vardı" - İNTİQAM təqdim edir (AZpress.AZ)

Mariya Stadnik: "Tribunada otranlar arasında mənim ən sadiq və vəfalı azarkeşlərim olan uşaqlarım da vardı" - İNTİQAM təqdim edir (AZpress.AZ)

Mariya Stadnik: "Tribunada otranlar arasında mənim ən sadiq və vəfalı azarkeşlərim olan uşaqlarım da vardı"  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanın qadın güləşi üzrə yığmasının lideri Mariya Stadnik (50 kq) Konyada (Türkiyə) keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının qalibi olandan sonra "azerisport.com"a maraqlı açıqlama verib.

 

«Mən belə cıxış etdiyim üçün çox şadam. Bu gün məim cıxışlarımı tribunadan izləyənlar arasında mənim ən sadiq və vəfalı azarkeşlərim olan uşaqlarım da var idi. Onlar ilk dəfə olaraq, mənim çıxışımı izləyirdilər. Hər dəfə mən döşək üzərinə çıxanda qızlarım məni dəstəkləyirdilər. Düzdü, qızım mənim çıxışlarımın heç olmasa yarım saat davam edəcəyini gözlədiyini dedi. Mən isə rəqibimi cəmi 20 saniyəyə məğlub edirdim. Uşaqlarıma xoş olsun deyə final görüşümdə bir qədər uzun güləşdim."

 

Tokio-2020-dən (Olimpiada-2020) sonra döşək üzərinə çıxmadığını vurğulayan Stadnik uzun müddətli fasilədən sonra yenidən döşəyə qayıtmağın asan olmadığını da gizlətməyib. İslamiadanın startında bir qədər psixoloji çətinliyi olduğunu etiraf edən Mariya daha sonra qələbəsini Azərbaycan xalqına həsr etdiyini bildirib: "Mən bu qələbəmi Azərbaycan xalqına həsr etmək istəyirəm. İstəyirəm ki, idman və eləcə də biz idmançıların uğurları insalara sülh gətirsin".

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]