Hümbət Quliyev: Payız və süpürgəçi

Hümbət Quliyev: Payız və süpürgəçi

Hümbət Quliyev: Payız və süpürgəçi 

 

Bu gün parkda süpürgəçinin yerə tökülmüş payız yarpaqlarını süpürən gördüm. Əvvəl düşündüm ki, süpürgə ilə payızın özünü də süpürmək mümkün olsaydı, nə gözəl olardı. Ən azı yaz tez gələrdi. Sonra fikirləşdim ki, Payız haqq olaraq öz vaxtında gəlib, o, ağacları azacıq soyuq havalarla yarpaqlarını tökdürür ki, onlar qışın sərt şaxtasına dözə bilsinlər. Təbiətdə hər şey nizama, ədalətə bağlıdır. Təbiətdə bu əbədi nizama baxıb insan rahatlıq, hüzur tapır.
İnsan cəmiyyətində isə heç bir nizam olmur, nə payız bilinir, nə də qış.
İnsanların həyatları boyu tökdükləri günahların süpürgəçisi olmur.
Hərə özünə isə süpürgəçilik etmək istəmir və insanlar qalaq-qalaq günahların arasında yaşamalı olurlar. Bu yığılan günahlardır ədaləti, nizamı pozan, müharibələr, pandemiyalar törədən.
Təbiətlə cəmiyyət yanaşı öz həyatlarını davam etdirirlər.
Elə parkda da payız öz işini görüb yarpaq tökdürür, süpürgəçi də öz işini görüb, tökülən yarpaqları yığışdırır…

Hümbət Həsənoğlu

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]