Vilayət Quliyev: Pambıq zavallını mazoxistə çevirmişdi

Vilayət Quliyev: Pambıq zavallını mazoxistə çevirmişdi

Vilayət Quliyev: Pambıq zavallını mazoxistə çevirmişdi

 

Pambıq rayonlarında V-X sinif şagirdləri yalnız sentyabrın 1-də məktəbə gəlirdilər. Sentyabrın 2-dən birinci rübün sonuna qədər isə hamı tarlada, pambıq yığımında olurdu. Təbii ki, müəllimlərlə birlikdə. Həm şagird, həm də müəllim kimin bu yolu keçmişəm. Doğrudur, müəllimlərdən pambıq yığmaq tələb edilmirdi. Amma səhərdən axşama qədər şagirdlərlə bir yerdə olmalı idik. Sahəsində pambıq yığdığımız kolxozun çox özündən müştəbeh sədri vardı. Nümayişkaranə şəkildə müəllimləri adam yerinə qomurdu. “Villis”i ilə yanımızdan keçəndə məmnuniyyətlə toza basırdı. Günün birində töhmətlə işdən çıxarıb sahə aqronomu təyin etdilər. İndi hamı ilə birlikdə səhərdən axşama qədər pambıq sahələrində dolaşırdı. Aydın məsələdir ki, kolxozçularla oturub-durmağı şəstinə sığışdırmadığından bizim kampaniyaya qoşulmuşdu. Tez-tez xatirələrini bölüşürdü . Xatirələr isə təxminən belə olurdu.

 

-Müəllim, sənin canın üçün, katib bax burda maşını saxladı, dedi: “Ə, korsan, görmürsən alaq nambıqdan hündürdür?” Yaxud: “Müəllim, bilirsən də, pambıq vaxtı hər gecə büro iclası olur. Vallah, o iclaslarda katib yumruğunu stola çırpıb nərə çəkəndə adam az qala oturduğu stulun altına girmək istəyir”. Gah katibin planı 120 faiz doldurmasa, partbiletini əlindən alacağı, kolxoza təhkim olunan prokurorun qoduqluğa salacağı ilə hədələməsini, gah ispolkomun hansı iclasdasa ona “İtil burdan, gözüm səni görməsin”-deməsini xatırlayırdı. Bir sözlə, pambıq zavallını mazoxistə çevirmişdi. Eks kolxoz sədrinin “xatirələrini” dinləyəndən sonra ona münasibətim dəyişmişdi. Anlamışdım ki, bizə saymazyanalıq göstərməklə yazıq stress atırmış…

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]