Qaradağ rayonu, Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsi təmir olunur (+FOTO=6, +VİDEO)

Qaradağ rayonu, Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsi təmir olunur (+FOTO=6, +VİDEO)

Qaradağ rayonu, Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsi təmir olunur 

 

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda ümumi istifadədə olan küçə və yolların əsaslı təmiri həyata keçirilir.

 

"İnvestisiya Proqramı" çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 10 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmiri işlərinə başlanılıb.

 

Təmir çərçivəsində küçəboyu hazırda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi də icra olunan işlərdəndir.

 

Daha sonra zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri görüləcək. Ardınca yeni asfalt-beton örtüyü döşənəcək.

 

Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19.6 km təşkil edir. Artıq bir çox küçədə təmir işləri yekunlaşıb.

 

Təbii ki, təmiri aparılan və yekunlaşdırılan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

 

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb.

YOLUNUZ AÇIQ OLSUN...

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]