Gülağa Tənha: HƏSRƏT

Gülağa Tənha: HƏSRƏT

Gülağa Tənha: 

HƏSRƏT


Ömürlük bir xatirədir
İçimdə məhəbbətin.
Ürəyimi bir an da
Tərk etmədi həsrətin.

 

Hicranına yox tabım,
Gücüm çatmır özümə.
Qurtarmayır əzabım,
Əlac qalır dözümə.

 

Gecələr röyalarda,
Gözlərini görürəm.
Gündüzlər xəyalımda
Saçlarını hörürəm.

 

Güləydi ömrüm-günüm,
Ötənlərə dönəydim.
Sənlə keçən hər günün
Qiymətini biləydim.

 

Moskva, 1998

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]