Prezident təqaüdçüsü Kamran Ömərli 2012-2013-cü tədris ilində İspaniyanın Madrid şəhərində yerləşən Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alacaq -

Prezident təqaüdçüsü Kamran Ömərli 2012-2013-cü tədris ilində İspaniyanın Madrid şəhərində yerləşən Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc istedadlı skripkaçı, Prezident təqaüdçüsü Kamran Ömərli 2012-2013-cü tədris ilində İspaniyanın Madrid şəhərində yerləşən Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alacaq.
Kamran Ömərli respublika müsabiqələri laureatı, H.Venyavski adına XIV Beynəlxalq Skripkaçılar Müsabiqəsinin (Polşa, 2011) diplomantıdır. Gənc skripkaçı dəfələrlə Azərbaycan Dövlət Simfonik və Kamera orkestrlərinin müşayiəti ilə çıxış etmişdir.
K.Ömərli Nazirliyin dəstəyi ilə Litva Respublikasının Kaunas şəhərində keçirilmiş Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalında (2010) və Polşanın Qdansk şəhərində Beynəlxalq Musiqi Akademiyasında tanınmış skripkaçı Maksim Vengerovun ustad dərslərində (2011) iştirak etmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kamran Ömərlinin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və o, Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !