Laçın yaylaqlarına köç etmiş təsərrüfatlarda monitorinqlər aparılır

Laçın yaylaqlarına köç etmiş təsərrüfatlarda monitorinqlər aparılır

Kənd Təsərrüfatı Nazirliyi Laçın yaylaqlarına köç etmiş təsərrüfatların mövcud durumu ilə bağlı monitorinqlər aparır. Bu il Laçın yaylaqlarına ümumilikdə 239 arıçılıq təsərrüfatı köçürülüb. Təsərrüfatlar 24 kəndin ərazisində yerləşdirilib. Arı ailələrinin yaylaqlara aparılmasına may ayından start verilib, arıçı fermerlər tərəfindən yaylaqlara 15100 arı ailəsi aparılıb.


Artıq bəzi təsərrüfatlarda ilk bal süzümü həyata keçirilib. Laçın yaylaqlarında kütləvi bal süzümünə iyul aylarının sonlarında başlanacaq. Yaylaqların zəngin bitki örtüyü bura köç etmiş təsərrüfatlarda ən azı iki dəfə bal süzməyə imkan verir.  


Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları təsərrüfatların vəziyyəti ilə tanış olub, məhsuldarlıq göstəriciləri ilə maraqlanıb, arıçı fermerlərin təkliflərini qeydə alıblar.


Monitorinqlər davam edir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]