İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılıb

İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılıb

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “BRAVO”  marketlər şəbəkəsinin 28 Mall, 20 Yanvar, Koroğlu və Gənclik filiallarından toplanmış ümumilikdə 58 kq işlənmiş batareya təhvil alınaraq "Təhlükəli Tullantılar" MMC-yə verilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, layihə insan sağlamlığına zərər verən, ətraf mühiti çirkləndirən istifadəyə yararsız elektrik batareyalarının toplanaraq çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədi daşıyır.

"İlk 9 toplanma qutusu “BRAVO” marketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində marketin müxtəlif filiallarında yerləşdirilib. Hazırda “Araz”, “Neptun”, “Rahat” marketlərdə də qutular yerləşdirilərək məntəqələrin sayı 40-a çatdırılıb. Gələcəkdə isə bu cür qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır”.


S.Məmmədovanın sözlərinə görə, müxtəlif dövlət qurumlarında, nazirlik və dövlət komitələrində də bu cür qutular yerləşdirilərək layihəyə dəstək verilir.


“Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”.


Xatırladaq ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən may ayında start verilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]