"Plastik butulkanı ekoçantaya dəyiş" aksiyası davam edir

"Plastik butulkanı ekoçantaya dəyiş" aksiyası davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası 8 iyul tarixində “Bravo” marketlər şəbəkəsi ilə birgə Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketdə keçirilib.


Aksiya zamanı ümumi tutumu 2915 litr olan plastik butulka yığılıb. İştirakçılara ekoçantalar hədiyyə olunub. 


Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə isə ekoçantalarla yanaşı Milli Parklara bilet hədiyyə edilib.


“Bu günədək Bakı və regionları əhatə etməklə 4 aksiya keçirilib və  ümumi tutumu 10836 litr olan plastik butulka təhvil alınıb. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib”.


S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Rahat supermarketdə keçiriləcək.


"Bu barədə elan Nazirliyin saytında və sosial şəbəkə hesablarında öncədən paylaşılacaq. Aksiya yay boyunca davam etdiriləcək. Hər kəsi bu aksiyalarda fəal iştirak etməklə təbiəti qorumağa dəvət edirik.
Plastik tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsinə birlikdə dəstək olaq."

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]