Nikitin adına kolxozda taxıl biçini sürətlə davam edir

Nikitin adına kolxozda taxıl biçini sürətlə davam edir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Nikitin adına kolxozda biçin aparılan taxıl sahəsində olub, biçinin gedişatı ilə tanış olub. Rayon rəhbərinə kalxoz ərazisində aparılan taxıl biçini haqında ətraflı məlumat verilib.


Beləki, İvanovka kəndində Nikitin adına kolxozda 4273 hektar ərazidə taxıl bitkilərinin əkini aparılıb. Onun 2153 hektarı buğda, 2120 hektarı isə arpa sahəsidir. Hal-hazırda 200 hektar ərazidə buğda, 600 hektar ərazidə isə arpa biçini aparılıb. Taxıl biçininə 20 ədəd kombayn cəlb olunub. Rayonun digər ərazilərində də taxıl biçini davam etdirilir. Məhsulun vaxtında və itkisiz yığılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.


İcra başçısı həmçinin günəbaxan sahəsində də olub. Bu il İvanovkada 240 hektar ərazidə günəbaxan bitkisi əkilib.  İvanovkadakı günəbaxan sahəsinin gözəlliyi yerli əhalini və turistləri də cəlb edir. Hər gün yüzlərlə insan bu mənzərdə foto çəkdirməyə gəlir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]